PDF Oxu

Cəmiyyət

  • 2 278

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş olub

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının missiyası ilə görüş olub.

Ötən dövrdə Nazirliklə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov son illər ölkəmizdə əlillik və reabilitasiya sahələrində aparılan islahatlara dair məlumat verib.

Əlilliyin qiymətləndirilməsi sisteminin rəqəmsal infrastrukturunun qurularaq daim təkmilləşdirildiyi qeyd edilib. 2022-ci ilin 1 iyulundan qabaqcıl dünya təcrübəsi əsasında tətbiq olunan yeni meyarlarla əlilliyin qiymətləndirilməsinin daha geniş spektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirildiyi bildirilib. Habelə reabilitasiya xidmətləri və vasitələri ilə təminat sahəsində görülən işlər, bu sahədə yeniliklər diqqətə çatdırılıb.

Missiyanın üzvləri - Dünya Bankının ölkə meneceri StefanieStallmeister, sosial müdafiə üzrə baş mütəxəssisləri MarijanaJarasevic və Aleksandra Posarac, əməliyyatlar üzrə analitik Nigar Saidixova aparılan islahatlara dair fikirlərini bildiriblər.

Görüşdə əlillik sistemi üzrə Dünya Bankının yeni məsləhət xidmətləri və analitika çərçivəsində araşdırmaları təqdim edilib, əlillik sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var