Dekabrın 10-da keçirləcək “Qarabağ” – “Ayaks” UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar Bakı metrosu " uzadılmış iş rejimində çalışacaq. Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək. “Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq: “Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq”.Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Qismət
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...