PDF Oxu

Cəmiyyət

  • 402

Azərbaycanın maraqlarını diplomatik, iqtisadi və siyasi müstəvidə irəli aparan səfər

image

Cari ilin dekabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri Azərbaycan-Slovakiya münasibətlərində yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi yadda qaldı. Bratislavada keçirilən yüksək səviyyəli görüşlərdən sonra cənab Prezidentin mətbuata verdiyi bəyanat, iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən strateji mesajlarla zəngin idi.

Cənab Prezident Slovakiyada xüsusi dövlət protokolu ilə qarşılanmış, fəxri qarovul dəstəsi, himnlərin səsləndirilməsi və rəsmi mərasimlər iki ölkə arasında dostluq münasibətlərinin səviyyəsini əks etdirmişdir. Daha sonra keçirilən təkbətək və geniş tərkibli danışıqlarda siyasi, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə edilmiş, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə razılıqlar əldə olunmuşdur.

Görüşdən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti ilk olaraq Slovakiya rəhbərliyinə qonaqpərvərlik və səmimi münasibətə görə təşəkkür etmiş və qeyd etmişdir ki, bu səfər Azərbaycan ilə Slovakiya arasındakı münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldir və tərəflər arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açır. Onun vurğuladığı əsas məqamlardan biri, iki ölkənin yalnız dost və tərəfdaş deyil, həm də müxtəlif sahələrdə bir-birini tamamlaya biləcək strateji tərəfdaş olmasıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuat konfransında bildirib ki, iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlıq, nəqliyyat və logistika istiqamətində birgə layihələr gələcəkdə daha da gücləndiriləcək. O, həmçinin qeyd etmişdir ki, qarşılıqlı hörmət və etimada əsaslanan dialoq iki ölkənin xalqlarına fayda verəcək, Azərbaycanın Avropa məkanında mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Möhtərəm ölkə başçısı bu səfərin nəticələrinin həm ikitərəfli münasibətlər, həm də regional sabitlik baxımından mühüm rol oynayacağını xüsusi vurğulamışdır.

Cənab Prezidentin Slovakiya səfəri və mətbuata verdiyi bəyanat Azərbaycanın xarici siyasət prioritetlərinə uyğun şəkildə Avropa ilə əlaqələrin dərinləşdirilməsi, yeni tərəfdaşlıq platformalarının yaradılması və ölkəmizin beynəlxalq nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər həm diplomatik, həm iqtisadi, həm də siyasi müstəvidə Azərbaycanın maraqlarını daha da irəli aparan uğurlu addım kimi qiymətləndirilir.

Nazim BÜNYATOV

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər