PDF Oxu

Cəmiyyət

  • 1 345

Masallıda FHN işçilərinin peşə bayramı qeyd olundu

image

16 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.

Tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov açaraq FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin kollektivini peşə bayramı münasibətilə təbrik etmiş və qeyd etmişdir ki, 2005-ci il dekabrın 16-da Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir il sonra isə hər il dekabrın 16-nın bu qurumun işçilərinin peşə bayramı günü kimi təsis olunması barədə Sərəncam imzalamışdır. Natiq çıxışında qeyd etmişdir ki, xidmətdə fərqlənən FHN əməkdaşlarına ali hərbi rütbələrin, fəxri adların verilməsi, onların orden və medallarla təltif edilməsi barədə sərəncamlar Azərbaycan Respublikası Prezidentinin FHN-in fəaliyyətinə diqqət və qayğısının əyani təzahürüdür.

Belə ki, tədbirdə xüsusi ilə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən, xidməti vəzifələrini yerinə yetirərkən göstərdiyi yüksək peşəkarlıq və fərqləndiyinə görə FHN-in əməkdaşı, Masallıdan olan polkovnik Hikmət Vasif oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində uğurla reallaşdırılan köklü islahatların Azərbaycanı regionda lider dövlətə çevirdiyini vurğulayan rayon İcra Hakimiyyətinin başçısı son illərdə ölkəmizin qazandığı nailiyyətlərdə FHN-in və onun peşəkar şəxsi heyətinin də mühüm rol oynadığını bildirmişdir.

Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Qabil Nemətov çıxışında dövlət başçısının göstərdiyi etimadı doğruldaraq baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vətəndaşların vaxtında xəbərdar edilməsi, onun qarşısının alınması və nəticələrinin operativ surətdə aradan qaldırılması, ölkə əhalisinin təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi sahəsində FHN-in şəxsi heyətinin bundan sonra da səylə çalışacağını bildirmişdir. Çıxışlarda, həmçinin FHN-in kollektivinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Dövlət Yanğından Mühafizə hissəsinin bir qrup fəal əməkdaşları “Fəxri Fərman” ilə təltif edilmişlər:
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər