Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunan dəmir yolu nəqliyyatı işçiləri və Bakı Metropoliteninin əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən SİA-ya bildirilib ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təltif olunan sahə işçilərini təbrik edib, dövlət başçısına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 13 oktyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.Prezident İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 9 nəfər “Tərəqqi” medalına layiq görülüb.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var