Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
17 dekabr 2025-ci il tarixdə rayonun Qızılağac kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərova vermişdir. F.Cəfərov ötən qəbul zamanı 4 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırıldığını, məsələlərin 2-nin müsbət həll olunduğunu, 1 məsələ ilə bağlı qanunamüvafiq izahat verildiyini və 1 məsələnin aidiyyatı qurumlarla razılaşdırılaraq nəzarətdə saxlandığını bildirmişdir.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV