Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyində olan "Respublika Qan Bankı" ilə birgə qanvermə aksiyası təşkil edib.SİA xəbər verir ki, "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında Dövlət Xidmətinin əməkdaşları iştirak edib.Aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.Qeyd edək ki, "Talassemiyasız həyat naminə" proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və mütəmadi olaraq ölkə üzrə könüllü qanvermə aksiyaları təşkil edilir.
Alimlər spirtli içki qəbul etməzdən əvvəl onu yeməyi məsləhət görürlər...
...21-ci əsrin sonuna qədər dövlətlər arasında sərhədlər olmayacaq və insanlar başqalarının torpaqları uğrunda mübarizəni dayandıracaqlar?