PDF Oxu

Cəmiyyət

  • 2 626

Qarabağda keçirilən beynəlxalq tədbirlər dünyaya səs salır ŞƏRH

image

Müstəqil Azərbaycanın memarı, qurucusu ulu öndər Heydər Əliyevin layiqli varisi, ölkəmizi qısa müddətdə hərtərəfli, uğurlu inkişaf yoluna çıxaran, onun dünya dövlətləri sırasında ön mövqedə yerini möhkəmləndirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin tarixdə ən parlaq missiyası 30 illik həsrətdən sonra Qarabağın Azərbaycana qaytarılmasıdır. Ata vəsiyyətini yerinə yetirən – reallığa çevirən Qalib Xalqın Qalib Prezidenti Qarabağı azad etdi, Azərbaycanı birləşdirdı! Təkcə biz yox, dəyişən nəsillər daima Ali Baş Komandana minnətdar olacaqlar. Çünki o, torpaqlarımızı işğaldan azad etməklə xalqımızın milli qürurunu, milli ləyaqət hissini özünə qaytardı, hər bir Azərbaycan vətəndaşına başucalığı gətirdi.

2020-ci il noyabrın 8-i Azərbaycanın qədim şəhəri, Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi Azərbaycan tarixinə qızıl həflərlə yazıldı. Bu tarix qalib Azərbaycan xalqının tarixində, indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacaq bir təqvim oldu. Bir sözlə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşaya Zəfər yolu ilə gedən sərkərdə kimi tarixə düşdü.

Ölkə başçısı işğaldan azad olunmuş torpaqlarda beynəlxalq tədbirlərin keçirilməsinə daim diqqət yetirməklə Azərbaycanın dünyaya tanıdılması istiqamətində bir çox işlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Belə ki, 2021-ci il may ayının 12-13-də Şuşa şəhərində “Cıdır düzü”ndə “Xarıbülbül” Beynəlxalq Musiqi Festifalı keçirildi, “Vaqif poeziya günləri” bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət paytaxtı edilməsi haqqında 2021-ci il 7 may tarixli Sərəncamı hər bir Azərbaycan vətəndaşının sevincinə səbəb olan tarixi hadisəyə çevrildi. Dövlət başçısının Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Sərəncamı isə ölkə Prezidentinin Azərbaycan mədəniyyətinə verdiyi dəyərin bariz nünunəsi olmaqla bərabər, həm də Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.Xarici vətəndaşların, dünyada tanınan dövlət xadimlərinin, xüsusən Türkiyə Prezidentinin, Pakistan Prezidentinin, Özbəkistan, Türkmənistan Prezidentilərinin Qarabağda -işğaldan azad olunmuş şəhərlərdə beynəlxalq tədbirlərdə iştirak etməsi bir daha göstərir ki, Azərbaycan Raspublikası ulu öndər Heydər Əliyevin yolu ilə sabaha doğru inamla addımlayır.

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” olması onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev gələcəkdə də quruculuq və abadlıq tədbirlərini və xalqımızın maddi-rifah halının yaxşılaşdırılmasını daim diqqətdə saxlayacaq.Ölkə başçısı 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarının nümayəndələri ilə görüşündə xalqımızı bir daha əmin etdi ki, Azərbaycan Prezidenti xalqın dəstəyi ilə Qarabağda quruculuq işlərini uğurla davam etdirəcək, bu bölgədə beynəlxalq tədbirlərin keçirilməsini daim diqqətdə saxlayacaq.

Tahirə Möhsünova

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər