Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçıları daim diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə mütəmadi olaraq maraqlanılır və mövcud çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Belə ki, 14 yanvar 2026-cı il tarixində Həsənli ərazisinin Köçəkli kəndində keçirilən vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov ərazi üzrə şəhid ailələri ilə görüşmüş, onların sosial vəziyyəti, məişət problemləri və qayğıları ilə yaxından maraqlanmışdır.
Şəhid ailələrinə göstərilən bu diqqət dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olmaqla, onların hər zaman qayğı və dəstəklə əhatə olunmasını təmin edir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.
ƏLİHÜSEYN ŞÜKÜROV
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...