PDF Oxu

Cəmiyyət

  • 3 125

DİN qarlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

image

Daxili İşlər Nazirliyi (DİN) Bakı, digər şəhər və rayonlarda qarlı hava ilə bağlı yol hərəkəti iştirakçılarına daha yüksək diqqət və məsuliyyətli olmaqla bağlı müraciət edib.

SİA xəbər verir ki, müraciətdə bütün yol hərəkəti iştirakçılarına ayıq-sayıq olmaq, diqqətli davranmaq və qarşılıqlı anlayış nümayiş etdirməklə bağlı çağırış olunub.

Bildirilib ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir:

"Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır. Bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini yüksəldir. Bu səbəbdən sürücülər hərəkət zamanı son dərəcə ehtiyatlı olmalı, ara məsafəsini qorumalı, sürət həddinə ciddi şəkildə riayət etməli, qəfil manevrlərdən çəkin­məli və yol hərəkəti qaydalarına tam əməl etməlidirlər".

DİN, həmçinin, piyadalardan da qarlı hava şəraiti ilə əlaqədar bəzi şərtləri yerinə yetirməsini xahiş edib:

"Piyadalar yolları yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürüşkən yol örtüyünü nəzərə almalı, nəqliyyat vasitələrinin yaxınlaşmasına xüsusi diqqət yetirməli və öz təhlükəsizliklərini daim ön planda saxlamalıdırlar".

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...