Hazırda İranda olan Azərbaycan vətəndaşlarının vəziyyətinin diqqət mərkəzində saxlanılması istiqamətində Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu mütəmadi şəkildə fəaliyyət göstərir və bu fəaliyyət bir saat belə dayandırılmayıb.
SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, İranda olan vətəndaşlarımız hər hansı çətinliklə üzləşdikləri təqdirdə, rəsmi şəkildə açıqlanmış əlaqə nömrələri vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlaya bilərlər. Hazırda vəziyyət sabitdir, ciddi problem müşahidə olunmur və Baş konsulluğumuz tam fəaliyyətdədir.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var