Yanvarın 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.
Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...