Sədərək rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.Mərasimdə Sədərək rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, YAP Sədərək rayon Təşkilatının sədri Arif Qasımov, partiyanın fəalları, rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Sədərək rayon Şəhidlər Xiyabanında şəhid məzarlarının önündən keçərək tər qərənfillər düzməklə ehtiramlarını bildiriblər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunmuşdur.
Rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı yarıya qədər endirilib, Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...