Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə səslənən məsələlər xüsusi yer tutur. Müsahibənin vacib məqamlarından biri də Cənubi Qafqazda yaranmış yeni reallıqlarla bağlıdır. Prezident müxbirin “Cənubi Qafqazda risk ilə imkanlar arasında cari tarazlığı necə dəyərləndirirsiniz” sualına cavab olaraq bildirib ki, “Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir.Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların,ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.”
Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə də Azərbaycan liderinə olan yüksək marağın bariz nümunəsidir. Müsahibədə dövlətimizin başçısına ünvanlanan suallar regional təhlükəsizlik, enerji siyasəti, Cənubi Qafqazda sülh perspektivləri və qlobal çağırışlar kontekstində Azərbaycanın mövqeyinə fokuslanıb. Bu fakt onu göstərir ki, Prezident İlham Əliyev qlobal miqyasda rəy formalaşdıran siyasi liderdir. Son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışarkən dövlətimizin başçısı xüsusi vurğulayıb ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.
Ümumdünya İqtisadi Forumunun Davos toplantısı bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda ehtiramla qarşılanan liderdir. Davosda müşahidə olunan mənzərə həm də onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını beynəlxalq müstəvidə uğurla təmin edir.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi
Aviaşirkətlər sərnişinlərin rahatlığına üstünlük verir və həddindən artıq yükü minimuma endirir...