PDF Oxu

Cəmiyyət

  • 2 306

Dünyanın ən varlı klubları açıqlandı - "Real" birincidir...

image

Nüfuzlu "Deloitte" şirkəti 2024/2025 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edən futbol klublarının reytinqini açıqlayıb. SİA-nın məlumatına görə, siyahıya ardıcıl üçüncü ildir ki, "Real" başçılıq edir. "Kral klubu"nun illik gəliri 1,16 milyard avro təşkil edib. Müqayisə üçün qeyd edək ki, Madrid təmsilçisi ötən hesabatda 1,05 milyard avro göstərici ilə yenə zirvədə yer almışdı. Ən çox gəlir əldə edən klubların ilk onluğu belədir:

1. "Real" (İspaniya) - 1,16 milyard avro
2. "Barselona" (İspaniya) - 974,5 milyon avro
3. "Bavariya" (Almaniya) - 860,6 milyon avro
4. "PSJ" (Fransa) - 837 milyon avro
5. "Liverpul" (İngiltərə) - 836,1 milyon avro
6. "Mançester Siti" (İngiltərə) - 829,3 milyon avro
7. "Arsenal" (İngiltərə) - 821,7 milyon avro
8. "Mançester Yunayted" (İngiltərə) - 793,1 milyon avro
9. "Tottenhem" (İngiltərə) - 672,6 milyon avro
10. "Çelsi" (İngiltərə) - 584,1 milyon avro

Qeyd edək ki, ümumilikdə reytinqdə yer alan 20 ən yaxşı klubun məcmu gəliri 2024/2025 mövsümündə rekord həddə, 12,4 milyard avroya çatıb. Bu isə ötən mövsümlə müqayisədə 11 faiz artım deməkdir.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...