PDF Oxu

Cəmiyyət

  • 2 903

"Quba" "Lənkəran"ı məğlub edib

"Quba" "Lənkəran"ı məğlub edib

Azərbaycan Basketbol Liqasının XIV turunda "Quba" "Lənkəran"ı məğlub edib.

SİA xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin 86:68 hesablı qələbəsi ilə başa çatıb.

Günün son görüşündə "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.

Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Ordu"nu məğlub edib - 100:96.

Digər xəbərlər