PDF Oxu

Cəmiyyət

  • 2 887

Hollivud ulduzları süni intellekt əleyhinə müharibəyə başladılar..?

Onlar açıq məktub imzalayıblar...

image

...Skarlet Yohansson və Keyt Blanşett də daxil olmaqla Hollivud ulduzları texnologiya şirkətlərini sərt tənqid edərək, onları süni intellekt modellərini yetişdirmək üçün işlərini "oğurlamaqda" ittiham ediblər. Onlar "Oğurluq innovasiya deyil" adlı açıq məktub imzalayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Independent yazır.

İmza atanların arasında "Breaking Bad"ın yaradıcısı Vins Qilliqan, aktyorlar Cozef Qordon-Levitt və Oliviya Mann və yazıçı Conatan Franzen də var.

Məktubda Amerika yaradıcı icmasının ölkə iqtisadiyyatında əsas rol oynadığı, lakin böyük texnologiya şirkətlərinin onların işlərindən icazəsiz və ya müəllif hüquqları olmadan istifadə etdiyi iddia edilir.

Bəyanatda deyilir ki, "...işimizi oğurlamaq irəliləyiş və ya innovasiya deyil. Bu, oğurluqdur, nöqtə".

Məktub müəllifləri etik alternativin olduğunu vurğulayırlar: bəzi süni intellekt şirkətlərinin artıq istifadə etdiyi lisenziyalaşdırma müqavilələri və tərəfdaşlıqlar. Onların fikrincə, süni intellektin inkişafı məzmun yaradıcılarının hüquqlarını pozmadan mümkündür.

Nazlı Almuradova

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...