PDF Oxu

Cəmiyyət

  • 1 207

Daha bir türkiyəli futbolçu "Yuventus"da

image

İtaliyanın "Yuventus" klubu daha bir türk əsilli futbolçu ilə güclənə bilər. SİA xəbər verir ki, "qoca sinyora" aşağı liqa təmsilçisi "Triestina"nın türk futbolçusu Teoman Gündüzü transfer edib. Məlumata görə, klubla futbolçu arasında imzalanan müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. Lakin oyunçu öz istəyi ilə 2030-cu ilə qədər də "qoca sinyora"nın formasını geyinə bilər.

Futbolçu karyerasına Almaniyanın "Herta" (Berlin) klubunda başlayan 21 yaşlı Teoman Gündüz 2023-cü ildə İtaliyanın C seriyasında çıxış edən "Triestina"ya transfer olunub. Oradakı oyunu və texniki bacarığı ilə müşahidəçilərin diqqətini çəkib.

Mətləb

Digər xəbərlər