Azərbaycan Basketbol Liqasının XIV turunda bu gün bir görüş keçiriləcək. SİA xəbər verir ki, "Gəncə" evdə "Sabah"la üz-üzə gələcək.
A qrupunun qarşılaşması Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq. "Sabah" 23 xalla qrupda 2-ci pillədə qərarlaşıb. 17 xala malik "Gəncə" isə dördüncüdür.
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı (86:68), "Naxçıvan" "Sərhədçi"ni (65:57) məğlub edib. XIV tura yanvarın 25-də yekun vurulacaq.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var