Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Velədi kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
SİA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1970-ci il təvəllüdlü Taleh Abidin oğlu Məhərrəmov "İsuzu" markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin dayaqdan sürüşməsi nəticəsində avtobusun altında köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqi ilə T. Məhərrəmov nəqliyyat vasitəsinin altından çıxarılaraq xilas edilib.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...