PDF Oxu

Cəmiyyət

  • 3 130

Naxçıvanda IX siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçirilib

image

Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən lX siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

Nazirliyin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, monitorinqdə 4 minə yaxın şagird iştirak edib.

Monitorinq "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil edilib.

Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlər tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...