Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 26-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınıb.SİA-nın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
...Uşaqlar üzərində əməliyyatlar aparmaq üçün
Adrian Şayn 50 ildən çox Lox-Ness canavarını axtarıb…