Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.
DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlardan 21 kiloqram marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışını və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir", - deyə məlumatda vurğulanıb.
Alimlər spirtli içki qəbul etməzdən əvvəl onu yeməyi məsləhət görürlər...
...21-ci əsrin sonuna qədər dövlətlər arasında sərhədlər olmayacaq və insanlar başqalarının torpaqları uğrunda mübarizəni dayandıracaqlar?