Şose velosipedi üzrə Azərbaycanın Elit/U-23 yığması 2026-cı ildə nəzərdə tutulan beynəlxalq yarışlara hazırlıq məqsədilə Türkiyənin Alanya şəhərinə təlim-məşq toplanışına yollanıb.
Bu barədə SİA-ya Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.
Heyəti Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim Trendelyov və Viktoriya Sidorenkodan ibarət komanda martın 16-dək qardaş ölkədə olacaq.
Bu müddət ərzində baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədovun rəhbərliyi altında hazırlıq keçəcək komanda üzvləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında Alanya və Antalya bölgələrində təşkil olunacaq beynəlxalq turnirlərdə də iştirak edəcəklər.
Əzələ toxuması bədən kütləsinin təxminən 40 faizini təşkil edir...
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...