Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib.
SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, avtomobilini satmaq istədiyi şəxsi evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədləri oğurladığını bildirib. Həmin şəxs sonradan zərərçəkənə zəng edərək taladıqlarını geri qaytaracığını bildirsə də, vədinə əmək etməyərək həmin əşyaları satıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E. Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...