"Qarabağ"ın Avropada etdikləri tarixi uğurdur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Şimali Makedoniya millisinin və İngiltərənin "Vest Bromviç" komandasının sabiq futbolçusu Artim Şakiri deyib. Mütəxəssisin sözlərinə görə, Avropanın aparıcı klublarına qarşı oynamaq və bu matçlarda layiqli oyun nümayiş etdirmək böyük nailiyyətdir.
O, Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandasına qarşı keçirəcəyi oyunlar haqqında da danışıb. Vaxtilə Ağdam klubunun formasını geyinmiş veteran oyunçu şansların bərabər olduğunu bildirib: "Liverpul"a 0:6 hesablı məğlubiyyəti geridə qoyub, "Nyukasl"la oyuna hazırlaşmaq lazımdır. Düşünürəm ki, bu qarşılaşma "Qarabağ"ın indiyədək keçirdiyi oyunlar arasında ən çətinlərindən biri olacaq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. "Qarabağ" "Nyukasl"la ilk görüşü Bakıda keçirəcək.
Artim Şakiri 2003-2005-ci illərdə "Vest Bromviç"in şərəfini qoruyub.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...