Futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
SİA xəbər verir ki, "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edib. Qarşılaşma "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda çempionatda ardıcıl ikinci qalibiyyətini qazanıb.
Bu nəticədən sonra İmişli klubu 18 xalla 9-cu, Qəbələ təmsilçisi isə 14 xalla 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, XVIII turun açılış oyununda "Sumqayıt" səfərdə "Karvan-Yevlax"a 2 cavabsız qolla qalib gəlib. Tura fevralın 1-də yekun vurulacaq.
“Sənətkarlığın arxasında...”
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var