Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən SİA- ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Xəsarət alan olmayıb.
Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...