2026-cı il yanvarın 29-da 2 Fevral -Gənclər Günü ilə əlaqədar Qaradağ rayonu Səngaçal qəsəbəsi, Əzimkənd, 3-cü massivdə yerləşən 331 nömrəli məktəbdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon tşkilatının sədrinin gənc müəllimlərlə görüşü keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəbin direktoru Minə Şirinova və kollektiv üzvləri iştirak ediblər.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Minə Şirinova 2 Fevral -Gənclər Günü münasibətilə YAP Qaradağ rayon təşkilatı sədrinin iştirakı ilə keçirilən görüşün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz Ulu öndərin təşəbbüsü ilə Azərbaycan gənclərinin birinci forumu keçirilib və ölkədə Gənclər Günü təsis edilib. O vurğulayıbı ki, artıq 23 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, ölkə gəncləri dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunublar.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident, Müzəffər ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, müasir dövrdə dünyada baş verən ağır prosesləri analitik təhlil edərək yaxın tariximizi xatırladıb və müstəqilliyin bərpasının ilk illərində yaranmış ağır vəziyyətdən, gənclərin başlı-başına buraxılmasından, digər sahələrdə olduğu kimi burada da ağır böhranın mövcud olmasından bəhs edib.
Bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin gənclər siyasətinin formalaşması istiqamətində ardıcıl addımlar atılıb, Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumundan sonra ölkədə Gənclər Günü təsis edilib, bu istiqamətdə xüsusi dövlət proqramları hazırlanaraq həyata keçirilib. Prezident İlham Əliyevin dövlətimizin başçısı olduğu dövrdə yetyişən Azərbaycan gəncləri işğal edilmiş ərazilərin azad olunmasında əsil qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstəriblər.
Tədbirdə digər çıxış edənlər: Günel Səlimova, Qaybalı Əhmədov, Gülsüm Mustafazadə, Zamirə Əsgərova və başqaları çıxış edərək ölkəmizdə gəncliyin intelektual inkişafı, təhsili, onların sosial problemlərinin həlli, vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən ətraflı bəhs ediblər.
Sonda xatirə fotosu çəkdirilib.
Mütəxəssislər bəzi faydalı məsləhətlər veriblər...
Trixoloq genlərin, stressin və hormonların rolunu izah edir...