Bu ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqlarına görə 17 nəfər saxlanılıb, onlardan 13-ü əcnəbidir.SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.Qeyd edilib ki, onların 6-sı Əlcəzair, 4-ü Azərbaycan, 4-ü İraq, 3-ü Pakistan vətəndaşı olub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 3 nəfər saxlanılıb. Sərhəd rejim qaydalarını pozduqlarına görə 117 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 302 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilmiş, ölkədən çıxışı qadağan edilmiş 599 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 8 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.Məlumatda qeyd edilib ki, iki halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 120 kiloqram 645 qram narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 6 milyon 570 min 790 manat olan qaçaqmal, o cümlədən pnevmatik tapança (darağı ilə birlikdə), dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…
Meyvənin tərkibində əsasən qabığında və toxumlarında gizlənən vacib mikroelementlər var...