Masallı Rayon İcra Hakimiyyəti və xeyriyyəçilərin dəstəyi ilə rayonda aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Masallı rayonu Meşəkənarı kəndində aztəminatlı ailələrdən biri üçün 3 otaqlı, 100 kvadratmetr sahəsi olan yeni fərdi yaşayış evi inşa edilərək ailənin istifadəsinə verilib. Ev müasir tələblərə uyğun şəkildə tikilib.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Fəzail İbrahimli, Anar İsgəndərov, Cavanşir Paşazadə, Elman Nəsirov, Məşhur Məmmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, RİHB-nın birinci müavini Tohid Hüseynov, hüquq-mühafizə orqanlarının nümayəndələri, RİH aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, ictimaiyyət təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Çıxışlarda ölkədə həyata keçirilən sosial yönümlü siyasətin əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyi vurğulanıb. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
ƏLİHÜSEYN ŞÜKÜROV


Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...