Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” – “Nyukasl” oyunu keçiriləcək. Matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyunu izləmək üçün Bakıya gələcək İngiltərənin “Nyukasl” klubunun azarkeşləri üçün biletlərin qiymətləri də müəyyənləşib. Klubun mətbuat xidmətidən verilən məlumata görə, “Nyukasl” klubunun Bakıda keçiriləcək ilk oyun üçün biletlərinin qiyməti 18 funt-sterlinq (təxminən 42 AZN) müəyyənləşdirilib.
İlham
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...