PDF Oxu

Cəmiyyət

  • 2 528

Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar

image

Zəlilər geniş coğrafi areala malikdir. Respublikamızın Naxçıvan, Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, İsmayıllı, Zaqatala, Balakən, İmişli, Zərdab, Ağdaş, Goranboy, Şabran, Ağcabədi, Quba, Xaçmaz, Şəmkir, Qazax, Göygöl, Füzuli, Beyləqan və başqa rayonlarının ərazilərində zəli populyasiyalarına geniş rast gəlinir. Təbabət zəlisinin ölkəmiz üçün geniş iqtisadi və müalicəvi əhəmiyyəti var. Araşdırmaçılar elm və texnologiyanın inkişafına əsaslanaraq 2030-cu illərdə bəzi xəstəliklərin zəli ilə müalicəsində yüksək nailiyyətlər əldə olunacağını proqnozlaşdırırlar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev məlumat verib.

"Tədqiqatlar göstərirlər ki, tibb zəlisinin bədəni əsl farmaseptik minifabrikdir. Zəlinin ağız suyundan indiyədək elmə məlum olmayan 100-dən çox bioloji aktiv birləşmələr aşkar edilib. Bu birləşmələr insan orqanizmində immun sisteminin yüksəlməsinə, patogen mikrofloranın təmizlənməsinə, iltihabi prosesin aradan qaldırılmasına, damarların elastikliyinin artmasına, qanın durulmasına, qanda trombların əriməsinə və damar tutulmasına təsir edir. Həmçinin qanın və limfanın toxuma və hüceyrələrdə normal hərəkətinə səbəb olur",- deyə alim bildirib.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...