PDF Oxu

Cəmiyyət

  • 2 097

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

image

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.

SİA xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra ötənilki yarışın yaddaqalan məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkədə şahmatın kütləviliyinin artırıldığını və gənc istedadların üzə çıxarılması üçün bu cür daxili çempionatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, həmçinin bildirib ki, builki çempionat həm təşkilatçılıq, həm də rəqabət baxımından əvvəlkilərdən fərqlənəcək.

Sonra turnirin tanıtım çarxı nümayiş olunub.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan çempionatlarının səviyyəsinin artdığını deyib. Nazir Azərbaycan Şahmat Federasiyasında yaxşı işlərin görüldüyünü, bu səbəbdən şahmatla məşğul olan gənclərin sayının çox olduğunu söyləyib.

Azərbaycan çempionatının iştirakçıları təqdim olunduqdan sonra püşk atılıb. Bununla da yarış açıq elan olunub.

Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Turnirə fevralın 22-də yekun vurulacaq.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...