"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib. SİA-nın məlumatına görə bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. 30 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə "Karvan-Yevlax" komandası 1000 manat cərimə edilib.
"Kəpəz" isə "Şamaxı" ilə qarşılaşmada həmin səbəbdən 1000 manat cərimələnib. Sözügedən klub 31 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Kəpəz" - "Şamaxı" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə "Kəpəz" komandası 5000 manat cərimə ödəyəcək.
1 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun "Qarabağ" - "Turan Tovuz" oyununda "Turan Tovuz" komandasında altı nəfər sarı vərəqə aldığı üçün "Turan Tovuz" komandası da 700 manat cərimələnib.
Mətləb
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...