Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 15kv.m. olan şirniyyat mağazasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın içərisində quraşdırılmış bir ədəd kondisioner və 2p.m. mətbəx mebeli yanıb.
Mağazanın böyük hissəsi yanğından mühafizə olunub.
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var