PDF Oxu

Cəmiyyət

  • 277

YAP Tərtər rayon təşkilatının hesabat yığıncaqları davam edir FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Sarıcalı və Ələsgərli ərazi partiya təşkilatlarında hesabat yığıncaqları keçirilib. Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, Ümumilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. İclasların gündəliyinə 2025-ci ilin yekun hesabatı və 2026-cı il üçün Tədbirlər planının təsdiqi daxil edilib. Hesabat məruzələri ilə çıxış edən ərazi təşkilat sədrləri ötən il ərzində partiya üzvlərinin ictimai-siyasi proseslərdəki fəallığını və ideoloji işin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıblar. Müzakirələrdə iştirak edən fəallar görülən işləri yüksək qiymətləndirərək fəaliyyəti yekdilliklə qənaətbəxş hesab ediblər.

Yığıncaqda çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçiləri - Əli Paşayev və Gündüz Alıkişiyev qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası, dövlət müstəqilliyimizin qorunması və milli maraqlarımızın beynəlxalq səviyyədə təmsil olunması işinə misilsiz töhfələr verir. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən milli birliyin mərkəzinə çevrilərək, ölkəmizdəki siyasi sabitliyin və davamlı inkişafın əsas sütunu rolunu oynayır. Yeni Azərbaycan Partiyası ölkənin siyasi sistemində liderlik rolunu inamla qoruyub saxlayır.

Sonda Sarıcalı və Ələsgərli ərazi partiya təşkilatları üçün 2025-ci ilin yekunları təsdiqlənib və 2026-cı il üçün nəzərdə tutulan tədbirlər planı qəbul edilib.

Digər xəbərlər