Şamaxıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "Niva" markalı avtomobil Bakı-Şamaxı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 66 yaşlı Qabil Sərkərov ağır xəsarət alıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Mətləb
Alimlər spirtli içki qəbul etməzdən əvvəl onu yeməyi məsləhət görürlər...
...21-ci əsrin sonuna qədər dövlətlər arasında sərhədlər olmayacaq və insanlar başqalarının torpaqları uğrunda mübarizəni dayandıracaqlar?