PDF Oxu

Cəmiyyət

  • 741

Azərbaycan–ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub - ŞƏRH

image

"ABŞ-ın vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfəri çərçivəsində ölkəmizlə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması çox ciddi və tarixi bir hadisədir. Bu, yalnız Cənubi Qafqazda deyil, həm də Avrasiyada çox ciddi təsir yaradacaq. Çünki bu məsələ artıq göstərir ki, Azərbaycan Cənubi Qafqazda güc statusuna malikdir. Bu cür əməkdaşlıq müqaviləsinin bağlanılması bir tərəfdən Azərbaycan üçün təhlükəsizlik amilini daha sağlam təməllər üzərinə otuzdurur, digər tərəfdən isə Amerika Birləşmiş Ştatlarının bu regionda indiyə qədər Avrasiyada maraqlarını təmin etməsinə kömək edir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə birgə mətbuata verilən bəyanatlar Azərbaycan–ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Bu hadisə yalnız diplomatik görüş kimi deyil, həm də iki ölkə arasında əməkdaşlığın gələcək inkişafını müəyyən edən siyasi mesajlar toplusu kimi qiymətləndirilə bilər". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri ikitərəfli münasibətlərin sistemli və ardıcıl inkişafına verilən önəmdir: "Bəyanatda Azərbaycanın öz təbii qazı ilə 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqi olmaqla 16 ölkənin enerji təhlükəsizliyini təmin etdiyi xüsusi ilə qeyd edildi. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolun qeyd olunması ölkənin qlobal enerji xəritəsində artan əhəmiyyətini bir daha təsdiqlədi. ABŞ ilə bu sahədə əməkdaşlıq həm Avropa və region üçün alternativ enerji marşrutlarının möhkəmlənməsi, həm də Azərbaycanın iqtisadi və geosiyasi mövqeyinin güclənməsi baxımından strateji məna daşıyır. Bu əməkdaşlıq modeli enerji diplomatiyasının iki ölkə münasibətlərində əsas sütunlardan biri olaraq qalacağını göstərir. Bəyanatda, eyni zamanda, iqtisadiyyat, ticarət və yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi çağırışı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uzlaşır. ABŞ-ın texnoloji potensialı və investisiya imkanları Azərbaycanın innovasiya yönümlü inkişaf strategiyasına mühüm töhfə verə bilər. Bu isə münasibətlərin yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi modernləşmə kontekstində dərinləşdiyini göstərir. Regional sülh və sabitlik məsələsinin ön plana çəkilməsi Cənubi Qafqazın mürəkkəb geosiyasi reallıqları ilə bağlıdır. Dövlət başçımız İlham Əliyevin bu mövzuya xüsusi diqqət ayırması Azərbaycanın regionda uzunmüddətli sabitliyin tərəfdarı kimi çıxış etdiyini nümayiş etdirir. ABŞ-ın bu proseslərə dəstək ifadə etməsi isə Vaşinqtonun regionda balanslı və sabit təhlükəsizlik mühitinin formalaşmasında maraqlı olduğunu göstərir".

Digər xəbərlər