Qar və buzdan sonra yolları qatı duman bürüyüb. Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində, Ağsu aşırımında, eləcə də Muğanlı–İsmayıllı yolunda qatı duman müşahidə olunur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, iki saatdan artıqdır davam edən sıx duman səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda paytaxtdan şimal-qərb və Aran rayonlarına, eləcə də əks istiqamətdə hərəkət edən sürücülər üçün görmə məsafəsi xeyli azalıb. Bu səbəbdən nəqliyyat vasitələrinin sürəti saatda 40 kilometrdən yuxarı olmur.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar ərazidə yol-patrul xidməti əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır, hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...