Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Vüqar Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirib və qarşı tərəflə barışıq əldə edildiyini deyib. Zərərçəkmiş tərəf sürücüyə yüngül cəza verilməsini xahiş edib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədəliyev 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə ötən ilin fevral ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib. 1965-ci il təvəllüdlü V.Məmmədəliyev idarə etdiyi "Saipa" markalı avtomobillə piyada, 1971-ci il təvəllüdlü Məryəm Novruzovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. M.Novruzova Bakıdakı orta məktəblərin birində ibtidai sinif müəlliməsi olub.
Mətləb
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...