Mütəxəssislərin fikrincə, virtual asılılığı olan şəxslərin zehni fəaliyyətini dayandıraraq yuxuya gedir. Çünki, virtual dünyanın asılılıq yaradan maddələrə bənzər təsirləri var, insanları "rəqəmsal burulğan"a sürükləyir və beyni düşünmək qabiliyyətindən məhrum edir. İşdən, məktəbdən və digər gündəlik məsuliyyətlərdən qalan və "boş vaxt" adlandırılan həmin zaman kəsiyini online vərdişə çevirən insanların zehni yuxu rejiminə keçir.
Xüsusilə gənclər boş vaxtlarını səmərəli keçirmək yerinə virtual dünyada gəzişməyi daha çox seçirlər, texnologiya əsrində doğulan və ya böyüyən yeni nəsil real dünyadan uzaqlaşaraq virtual dünyanın cazibəsinə qapılırlar. Telefon, kompüter əsirinə çevrilən insanların başqa heç bir fiziki hərəkət etməməsi onları bir növ burulğana salır.
Sosial şəbəkələrin və rəqəmsal dünyanın insan həyatına təsiri, asılılıq və həddindən artıq istehlak kimi sahələrdə olan araşdırmaları ilə tanınan ABŞ-nin Stanford Universitetinin Psixiatriya və Davranış Elmləri professoru Dr. Anna Lembke, cəmiyyətin böyük bir hissəsinin qaça bilmədiyi rəqəmsal burulğanla bağlı Anadolu Agentliyinə müsahibə verib.
Lembke insanların rəqəmsal dünyanın əyləncəsinə necə aludə olduqları və bu durğun mühitin ətalətə və motivasiya çatışmazlığına necə səbəb olduğu ilə bağlı danışıb. O bildirib ki, rəqəmsal narkotiklərin rahat və səysiz zövqlərindən nə qədər çox həzz alsaq, beynimizin mükafat yolunu mükafat neyrotransmitterimiz olan dopaminlə bir o qədər çox bombalayırıq ki, bu da “neyroaptasiya” adlanan bir prosesə gətirib çıxarır.
Lembke bildirib ki, neyroaptasiya prosesi vasitəsilə beyin mükafat yolundakı dopamin reseptorlarını azaltmaqla zövq, məmnuniyyət və motivasiya hisslərinin ötürülməsini boğur. Lembke rəqəmsal dünyanı narkotik maddə asılılığına bənzədərək bildirib ki, hər ikisindən də istifadə etmədiyimiz zaman depressiya, narahatlıq, əsəbilik, istək, ümumi yorğunluq, motivasiya itkisi kimi simptomları ilə qarşılaşırıq.
İnsanların boş vaxtlarını doldurmaq üçün virtual dünyaya aludə olmaq yerinə yaradıcılıq kimi idrak və zehni məşğuliyyətlərə vaxt ayırmasını daha məqsədəuyğun hesb edən professor deyir: “Rəqəmsal hipnoz bizi istirahət etmək, yaradıcı olmaq və özümüzü düşünmək qabiliyyətimizdən məhrum edir. Bu problemi aradan qaldırmaq üçün insan özünü virtual aludəçilikdən xilas etməlidir”.
Lalə Mehralı
Mühüm bir siqnal kəşf edildi...
Kardioloq xolesterol haqqında yayılmış mifləri təkzib edir...
Niyə insanlar əvəzolunmazdırlar?