18 fevral 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının qərargahında bir qrup veteranın yubileylərinə həsr olunmuş tədbir keçirilib.
Səmimi çay süfrəsi arxasında təşkil olunan görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və yubilyarlar iştirak ediblər.
Tədbirdə Çingiz İsayev, Zənfurə Cəfərova, Valeh Əhmədov, Süleyman Quluyev, Feruz Hacıyev, Cümşüd Məmmədov və Tahir Əliyev partiya qarşısındakı xidmətlərinə görə diqqət mərkəzində olublar.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, veteranların partiyanın formalaşması və ideyalarının təbliğindəki əvəzsiz rolundan bəhs edib. O, yubilyarların siyasi fəaliyyətinin gənc nəsil üçün nümunəvi məktəb olduğunu vurğulayıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə təbriklərini çatdıraraq, veteranların dövlətçilik ənənələrinə sadiqliyini yüksək qiymətləndirib. İcra başçısı qeyd edib ki, veteranların zəngin təcrübəsi həm rayonun ictimai həyatında, həm də vətəndaş-partiya münasibətlərinin güclənməsində mühüm amildir.
Görüş zamanı yubilyarlar partiyanın çətin, lakin şərəfli yaradıcılıq illərindən xatirələrini bölüşüblər. Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən veteranlar, bu görüşün nəsillərarası mənəvi bağlılığın ən gözəl nümunəsi olduğunu qeyd ediblər.
Sonda YAP Tərtər rayon təşkilatı tərəfindən yubilyarlara qiymətli hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkli çəkilmişdir.
Sadə həssaslıqdan işığa qədər obyektləri ayırd etmək qabiliyyətinə qədər...
Alimlər onun əsas faydalarını aşkar ediblər...
Soyuqdəymədən qorunmağın əsas yolu yalnız isti geyinmək deyil, həm də...