PDF Oxu

Cəmiyyət

  • 2 278

Vətəndaş müraciətlərinin əlçatanlığı...

image

Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul edib

Bu gün, 19 fevral 2026-cı ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilib. Qəbul zamanı rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak edərək onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Görüş zamanı vətəndaşlar əsasən sosial-məişət məsələləri, məşğulluq və digər mövzular üzrə müraciətlər ediblər.

Rayon rəhbəri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Bir sıra müraciətlər yerindəcə həll olunub, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə müvafiq struktur bölmələrinə göstərişlər verilib və icrası nəzarətə götürülmüşdür.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq keçirilən görüşlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, vətəndaş müraciətlərinin operativ və şəffaf şəkildə araşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...