"Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi baxımından mühüm hadisədir. Bu səfər iki dost və tərəfdaş ölkə arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu eyni zamanda hər iki ölkənin xarici siyasət strategiyasında mühüm mərhələ kimi qiymətləndirilir, verilən bəyanatlar iki ölkəarasındakımünasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini yeni mərhələyə daxil olmasının yüksək keyfiyyətini bir daha nümayiş etdirdi". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycan ilə Serbiya arasında fəal və sistemli əməkdaşlıq xüsusilə 2010-cu ildən sonra intensiv xarakter alıb: "2013-cü ildə Bakıda imzalanmış “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə münasibətlərin hüquqi-siyasi bazasını möhkəmləndirdi. Ötən müddət ərzində siyasi dialoqla yanaşı iqtisadi əlaqələr də sürətlə genişlənib. Xidmətlər sahəsində ticarət dövriyyəsinin dəfələrlə artması və imzalanmış sənədlərin sayının 60-dan çoxa çatması tərəflər arasında əməkdaşlığın institusional xarakter aldığını təsdiqləyir. Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu bu əməkdaşlıqda xüsusi yer tutur. 2022-ci ildə Bakı ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkənin etibarlı enerji təchizatçısı statusunu möhkəmləndirdi. Hazırda Azərbaycan qazı Avropanın bir sıra ölkələrinə ixrac olunur və Serbiya da bu ölkələr sırasındadır. İqtisadi əlaqələr enerji ilə məhdudlaşmır. Azərbaycan şirkətləri Serbiyada yol və infrastruktur layihələrinin icrasında iştirak etmiş, bu sahədə uğurlu təcrübə qazanmışdır. Eyni zamanda, investisiya imkanlarının araşdırılması və ticarət dövriyyəsinin artırılması gündəlikdə duran əsas məsələlərdəndir. Hər iki ölkə iqtisadi əməkdaşlığı daha sistemli və davamlı etmək niyyətini açıq şəkildə ifadə edir. Humanitar və mədəni əlaqələr də diqqətdən kənarda qalmır. Təhsil, mədəniyyət və parlamentlərarası münasibətlər xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. Yüksək səviyyəli səfərlər və tədbirlər münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir. Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında siyasi iradənin və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu bir daha təsdiqləmişdir".
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…
Meyvənin tərkibində əsasən qabığında və toxumlarında gizlənən vacib mikroelementlər var...