PDF Oxu

Cəmiyyət

  • 1 131

Xocalı soyqırımı - bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi - FOTOLAR

image

20 fevral 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının “Köhnəqışlaq kənd”, “Tatlı kənd” və “Göycəli kənd” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi” adlı tədbir keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov bildirib ki, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və bəşəri cinayəti–Xocalı soyqırımını törətdiyi gündür. Bu soyqırımı 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biridir.

aha sonra çıxış edən natiqlər – “Göycəli kənd” Ərazi Partiya Təşkilatının sədri Vasif Hüseynov, “Tatlı kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Şahin Məmmədov, Köhnəqışlaq kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Sevinc Məmmədova və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, bu gün Xocalı azaddır, 2023-cü ildə birgünlük antiterror tədbirləri ilə Xocalı azad edildi. Lakin ermənilərin 34 il əvvəl Xocalıda törətdiyi faciə yüz illər bundan sonra da yaddaşımızdan silinməyəcək. Çünki buna bizim haqqımız yoxdur. Elə bu baxımdan da Xocalı faciəsi günü ərəfəsində Xocalını yada salır və ermənilərin törətdiyi vəhşilikləri bir daha xatırlayırıq. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Digər xəbərlər