PDF Oxu

Cəmiyyət

  • 2 772

"Karvan Yevlax"a qalib gələn "Araz-Naxçıvan" turnir cədvəlində irəliləyib

image

Misli Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfərdə "Karvan Yevlax"la üz-üzə gəlib.

SİA-nın məlumatına görə, Yevlax şəhər stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

Naxçıvan kollektivinin heyətində Felipe Santos 32 və 51-ci dəqiqədə fərqlənməklə dubl edib. Braziliyalı futbolçu ikinci qolu penaltidən vurub.

Bununla da komanda Andrey Demçenkonun rəhbərliyi altında ardıcıl ikinci qalibiyyətini əldə edib.

"Araz-Naxçıvan"33 xalla turnir cədvəlinin beşinci sırasına yüksəlib. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb. XXI tura fevralın 22-də yekun vurulacaq.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...