"Neftçi" klubu Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 80 illik yubileyi ərəfəsində tarixi qərar qəbul edib. Paytaxt təmsilçisi unudulmaz hücumçunun geyindiyi 9 nömrəli formanı əbədiləşdirib. SİA xəbər verir ki, klubun yaydığı məlumatda formanın əhəmiyyəti xüsusi vurğulanıb: "O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, "Neftçi" adını yüksəklərə daşıdı. Bundan sonra da "Neftçi"nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq".
"Ağ-qaralar" bu qərarın 2026/27 mövsümündən etibarən qüvvəyə minəcəyini bəyan edib: "Neftçi" Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilir. Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış "Neftçi"yə, onun şanlı tarixinə, formasını geymiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyimiz hörmətdir".
Mətləb
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...