PDF Oxu

Cəmiyyət

  • 1 100

Xocalı soyqırımı şahidləri həmin gecənin dəhşətlərindən danışdı - FOTO

image

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının binasında Xocalı soyqırımının anım günü münasibətilə tədbir keçirildi. YAP üzvlərinin, ictimaiyyət nümayəndələrinin, Xocalı şahidlərinin iştirakı ilə keçirilən tədbirdə soyqırım qurbanlarının və bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirildi. Film həmin faciənin dəhşətlərini hadisə yerindən çəkilmiş kadrlarla və şahidlərin təsvirləri əsasında daha təsirli şəkildə ortaya qoydu.

Nümayişdən sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Xocalı soyqırımının tarixdəki ən dəhşətli terror aktlarından biri olduğunu deyib və bu faciəni törədən erməni faşistlərinin misli görünməmiş cinayətlərə qol qoyduğunu deyib. M.Nağıyev Xocalı soyqırımının xalqımızın qan yaddaşı olduğunu və yeni nəsillərin bunu heç vaxt unutmamalı olduğunu vurğulayıb.

Rayon təşkilatının sədri bildirib ki, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Xocalının qisasını alması və torpaqlarımızı işğaldan azad etməsi bütün dünya azərbaycanlılarına verilə biləcək ən böyük hədiyyə oldu.

Daha sonra çıxış edən Səbail RİH başçısının müavini Kəmalə Həşimova da Xocalı soyqırımının xalqımızın tarixində ən böyük faciələrdən biri olduğunu deyib və bunu həyata keçirənlərin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qaarşı cinayət törətdiyini deyib. RİH başçısının müavini gənc nəsli bu milli faciələrimizi unutmamağa və vətənpərvərlik ruhunda formalaşmağa çağırıb. O, Xocalı soyqırımınn dünya ictimaiyyəti tərəfindən tanınması üçün dövlətimiz tərəfindən mühüm işlər görüldüyünü deyib.

Tədbirdə Xocalı şahidi, 1-ci Qarabağ müharibəsinin döyüşçüsü Rəhman İsmayılov həmin dövrdə baş verən prosesləri və faciə gecəsi Xocalıda baş verənləri təsvir edib. O xocalıların və və digərlərinin çox ağır bir vəziyyətdə necə qəhrəmanlıqla mübarizə apardığını və düşmənə təslim olmadıqlarını deyib. Keçmiş döyüşçü bu qırğında Ermənistan hərbi birləşmələri ilə yanaşı Rusiyanın Xankəndidə yerləşən 366-cı alayının hərbçilərinin də iştirak etdiyini qeyd edib. O, gənclərimizi bu tarixi heç vaxt unutmamağa çağırıb.

Daha sonra çıxış edən Azərbaycan Pedaqoji Universitetinin tələbəsi Aysun Əliyeva gənclərin milli dəyələrimiz və vətənpərvərlik ruhunda formalaşdığını və qan yaddaşımızı unutmadıqlarını deyib. O qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkəmizi qorumağa və inkişaf etdirməyə qadirdirlər.

162 saylı orta məktəbin tarix müəlliməsi Gülbəniz Abbasova Xocalı şahidi olaraq gördüklərindən danışıb. O, qeyd edib ki, həmin gecə baş verən qırğından xilas olanları qonşu kəndlərin sakinləri qəbul edib sığınacaq verib. Yüzlərlə xocalının- uşaqların, qadınların, qocaların meşələrdə çöllərdə, şaxtalı qarlı düzlərdə güllələnərək öldürülməsi həmin vaxt hamını dəhşətə gətirmişdi və biz bu günləri heç vaxt unutmamayacağıq deyən müəllimə vurğulayıb ki, bu tarix Azərbaycan xalqının qan yaddaşından əbədi iz qoyub.

Tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarını xatirəsini heç vaxt unutmayacaqlarını bildiriblər.

Elçin Bayramlı

Digər xəbərlər

“İnsanlar daha uzunömürlü ola bilərlər..?”

Hələ ki, maksimum potensialımıza çatmamışıq...

300 illik riyazi tapmacanın cavabı tapıldı...

Süni intellekt Nyutonun mübahisəsini həll etdi...

Ekspert sakitləşməyinizə mane olan vərdişləri siyahıya alır...

Bir çox insan bilmədən psixoloji vəziyyətlərini daha da pisləşdirir...

Psixoloqlar tükənmə ilə bağlı həqiqəti ortaya çıxarıblar

Müasir həyat tempi emosional tükənməni bir çox təhlükəli yanlış təsəvvürlərlə örtülmüş qlobal bir problemə çevirib...