Son bir gün ərzində İrandan ümumilikdə 123 nəfər "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib. Mediada yer alan məlumata görə, onlardan 54-ü azərbaycanlı, 69-u isə 17 ölkənin vətəndaşıdır. Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.Belə ki, Səudiyyə Ərəbistanının 18, Çinin 18, BƏƏ-nin 6, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3 , Banqladeşin 3, Filippinin 2, Nepalın 2, İtaliyanın 1, Pakistanın 1, Polşanın 1, Tunisin 1, Livanın 1, Hindistanın 1, Fransanın 1 və Braziliyanın 1 nəfər vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar Azərbaycana təxliyə olunub.
Mətləb
İnsanlar çox vaxt sağlamlıqlarındakı dəyişiklikləri gündəlik həyatlarına müdaxilə etməyə başlayana qədər həkimə müraciət etmək üçün bir səbəb görmürlər...
Onların tərkibində sakitləşdirici və ruhlandırıcı təsir göstərən maddələr var